Sosial mediada ən çox izlənən dövlət başçıları
24 lider arasında aparılan araşdırmada onların son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralaması hazırlanıb
İtaliyanın “İtalia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın bir sıra aparıcı ölkələrin başçıları ilə bağlı araşdırma aparıb.
“TRT Haber”in məlumatına görə, 24 lider arasında aparılan araşdırmada onların son 3 ayda sosial media fəaliyyətlərinə görə sıralaması hazırlanıb. Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb.
1. Sosial mediada ən çox izlənilən dövlət başçısı 66 milyondan çox izləyicisi olan ABŞ prezidenti Co Bayden olub.
2. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyici ilə ikinci yerdə qərarlaşıb.
3. Ukrayna prezidenti Volodimir Zelenski 27 milyonla üçüncü olub.
4. Braziliya prezidenti Lula da Silva isə sosial mediada ən fəal lider kimi təhlil edilib.
5. Misir prezidenti Əbdülfəttah əs-Sisi,
6. İngiltərə baş naziri Rişi Sunak və
7. İtaliyanın baş naziri Corciya (Giorgia) Meloni də siyahıda yerlərini alıblar.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.