Cozef Bayden “Abrams M1” tanklarının Ukraynaya tədarükünün elan ediləcəyini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden “Abrams M1” tanklarının Ukraynaya tədarükünün elan ediləcəyini açıqlayıb.

1937946
Cozef Bayden “Abrams M1” tanklarının Ukraynaya tədarükünün elan ediləcəyini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden “Abrams M1” tanklarının Ukraynaya tədarükünün elan ediləcəyini açıqlayıb.

Cozef Biden Ağ Evdə mətbuata açıqlamasında "tankların Ukraynanın öz ərazisini müdafiə etmək və strateji məqsədlərinə çatmaq qabiliyyətini artıracağını" deyib və bu tankların dünyanın ən bacarıqlı tankları olduğunu vurğulayıb.

C.Bayden tankların saxlanması və idarə edilməsinin son dərəcə mürəkkəb olduğunu və bu çərçivədə Ukrayna əsgərlərinə yaxın zamanda logistika, texniki xidmət və tanklardan istifadə mövzusunda təlim keçəcəklərini bildirib.

Bayden bəyan edib ki, tankların təhvil verilməsinin isə ukraynalıların "Abrams" tanklarını öz müdafiələrinə inteqrasiya etməyə tam hazır olduqda baş tutacağını deyib.

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukraynaya veriləcək tanklar mövzusunda da digər silahlarda olduğu kimi “bu ölkədən yalnız öz ərazisini müdafiə etmək üçün istifadə edilməsi" şərtinin olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın bu qərarı qəbul etməsi ilə eyni vaxtda Almaniya da Ukraynaya "Leopard 2" tankları tədarük edəcəyini açıqlayıb.

Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Almaniyanın ölkələrinə tank vermək qərarlarını dəyərləndirərkən deyib ki, bu gün Ukrayna üçün son dərəcə sevindirici xəbərlər günüdür. Tanklar barədə bir koalisiya var. Müharibəni qısa zamanda bitirmək üçün tanklardan başqa uzaqmənzilli raketlərə, artilleriya sistemlərinə və döyüş təyyarələrinə ehtiyacımız var. Cəbhədəki qəhrəmanlarımız dünyadan nə qədər çox müdafiə dəstəyi alsalar, Rusiyanın təcavüzü bir o qədər tez bitəcək.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum başladıb.



Әlaqәli Xәbәrlәr