BMT Konqoda baş verən qarşıdurmalarla bağlı məlumat yayıb

Konqo Demokratik Respublikasında (KDR) son 6 həftədə 200-dən çox mülki vətəndaşın həyatını itirdiyi bildirilir.

1937638
BMT Konqoda baş verən qarşıdurmalarla bağlı məlumat yayıb

Konqo Demokratik Respublikasında (KDR) son 6 həftədə 200-dən çox mülki vətəndaşın həyatını itirdiyi bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Eujin Byun KDR-nın şərqindəki qarşıdurmalar nəticəsində son 6 həftədə 200-dən çox mülki şəxsin həyatını itirdiyini bildirib.
Mülki vətəndaşlara qarşı hücumların silahlı qruplar tərəfindən həyata keçirildiyini ifadə edən Byun hücumların İturi və Şimali Kivu bölgələrində qeydə alındığını vurğulayıb.
Byun hücumlar nəticəsində 2000-ə yaxın evin dağıldığını və 80 məktəbin bağlandığını bildirib.
Qeyd edək ki, ötən il 500 min insan münaqişələr səbəbindən bölgədən köç etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr