Nikolaus Meyer-Landrut: "Fevralın 22-də İstanbulda zirvə görüşü keçiriləcək"

Avropa İttifaqının (Aİ) Türkiyedəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar  mətbuata açıqlama verib.

1936684
Nikolaus Meyer-Landrut: "Fevralın 22-də İstanbulda zirvə görüşü keçiriləcək"

"Fevralın 22-də İstanbulda zirvə görüşü keçiriləcək".

Bunu Avropa İttifaqının (Aİ) Türkiyedəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar  mətbuata açıqlamasında deyib.
Nikolaus Meyer-Landrut 22 fevralda baş tutacaq yığıncağa ukraynalı bir hökumət nümayəndəsinin də dəvət olunacağını qeyd edib.

Yığıncaqda Türkiyedən bir nümayəndənin olacağını ifadə edən Meyer-Landrut müharibənin geosiyasi və iqtisadi nəticələrinin müzakirə olunacağına diqqət çəkib.

Meyer-Landrut onu da deyib ki, bu, həm də Ukraynaya dəstəyimizi ifadə etməyin bir yoludur. Keçən il fevralın 24-də Rusiya təcavüzünün başlaması Avropa tarixində həlledici məqam oldu. Avropa tarixi bizim ortaq coğrafiyamızdır. İnsanlar tez-tez 9-11 sentyabr Amerikanın təhlükəsizlik tarixi üçün bir dəyişiklik anı olduğuna diqqət çəkirlər. Deyə bilərəm ki, 24 fevral 2022-ci ildə də eyni dərəcədə vacib Avropa təhlükəsizlik vəziyyəti var. Qitəmizdə müharibə var, amansız böyük müharibə, mərhəmətsiz böyük bir müharibə. Bu, Avropa qitəsindən çox kənarda nəticələri olan bir müharibədir.

Meyer-Landrut onu da qeyd edib ki, müharibənin nəticələri artıq Ukraynanı üstələyib və hər kəsə öz təsirini göstərib.



Әlaqәli Xәbәrlәr