Əlcəzairdə qeyri-sabit hava şəraiti həyatı ifliç edib

Əlcəzairin şimal şəhərlərində güclü qar yağışı səbəbiylə bir çox kənd və şəhər yolları nəqliyyata bağlanıb, uçuşlar dayandırılıb.

1936404
Əlcəzairdə qeyri-sabit hava şəraiti həyatı ifliç edib

TRT-nin yerli mediaya istinad etdiyi xəbərinə görə güclü qar yağışı səbəbi ilə başda ölkənin şərq-qərb və şimal-cənub istiqamətində iki əsas yolu olmaqla Paytaxtın cənubundakı Medeya, Setif və Burc Buareyrec şəhərlərinə uzanan yollar nəqliyyatın hərəkətinə bağlanıb. Ölkənin şimalındakı şəhərlər ilə rayonlar arasındakı əlaqə kəsilib. Konstantin və Batna arasında isə uçuşlar ləğv edilib. Çox sayda məktəbdə təhsil dayandırılıb.



Әlaqәli Xәbәrlәr