Prezidentin evindən daha 6 məxfi sənəd tapıldı

ABŞ Ədliyyə Nazirliyinin (DoJ) müstəntiqləri Baydenin Vilminqtondakı iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar

1936237
Prezidentin evindən daha 6 məxfi sənəd tapıldı

 

  ABŞ prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki iqamətgahında aparılan axtarışlar nəticəsində daha 6 məxfi sənəd aşkar edilib.

  C.Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər ortaya çıxmaqdadır.

  ABŞ Ədliyyə Nazirliyinin (DoJ) müstəntiqləri Baydenin Vilminqtondakı iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar. Nəticədə 6 yeni məxfi sənəd tapılıb. Sənədlərin bəziləri Baydenin senator olduğu dövrə, bəziləri isə Barak Obamanın vitse-prezident olduğu dövrə aiddir.

  Qeyd edək ki, Co Baydenin vitse-prezidentliyinin gizli sənədləri ilk dəfə 2022-ci ilin noyabr ayında bəlli olub. Faktla bağlı ABŞ Ədliyyə Nazirliyi araşdırmalara başlayıb.

 



Әlaqәli Xәbәrlәr