Volodimir Zelenski amerikalı senatorları qəbul edib

Ukrayna prezidenti Volodimir  Zelenski paytaxt Kiyevdə amerikalı senatorlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

1935954
Volodimir Zelenski amerikalı senatorları qəbul edib

Ukrayna prezidenti Volodimir  Zelenski paytaxt Kiyevdə amerikalı senatorlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Ukrayna Prezident Ofisindən verilən yazılı açıqlamaya görə, Kiyevdə danışıqlar aparan amerikalı senatorlar Lindsi Qrem, Riçard Blumental və Şeldon Uaythaus Volodimir Zelenski tərəfindən qəbul edilib.

Zelenski Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bridcet A. Brinkin də iştirak etdiyi görüşdə ABŞ nümayəndə heyətinə fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsinin son vəziyyəti  barədə məlumat verib.
Ukrayna Prezident Ofisində baş tutan görüşdə Volodimir Zelenski ölkəsinə verdikləri dəstəyə görə senatorlara təşəkkür edib.
ABŞ-ın Ukraynaya yeni silah yardımı paketini təsdiqlədiyini xatırladan Volodimir Zelenski deyib:"Yardım paketi ehtiyacımız olan hərbi texnika və sursatlardan ibarət olacaq. ABŞ bu son dərəcə vacib məsələdə liderdir''.
Görüş zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və Ukraynaya hərbi yardımın davam etdirilməsi kimi məsələlər müzakirə edilib.



Әlaqәli Xәbәrlәr