Tibetdə qar uçqununda 8 nəfər həyatını itirib

Çinin Tibet Muxtar Rayonunda avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.

1935202
Tibetdə qar uçqununda 8 nəfər həyatını itirib

Çinin Tibet Muxtar Rayonunda avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində azı 8 nəfər ölüb.

Bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.

Məlumata əsasən, hadisə Nyinqçi şəhəri yaxınlığındakı Mıdonq qəsəbəsində baş verib. Qar uçqunu nəticəsində bəzi avtomobillər qar altında qalıb. Xilasetmə əməliyyatlarını həyata keçirmək üçün 131 insan və 28 texnika səfərbər edilib.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 8 nəfərin meyiti tapılıb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.



Әlaqәli Xәbәrlәr