"Türkiye təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”, P.Rayder

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Türkiyeyə F-16 satışı ilə bağlı qərara dair sualları cavablandırıb.

1934175
"Türkiye təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”, P.Rayder

"Türkiye təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”. 
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Türkiyeyə F-16 satışı ilə bağlı qərara dair sualları cavablandırarkən deyib.

Ehtimal olunan satışın iki ölkənin hərbi münasibətlərində nə qədər əhəmiyyətli olduğuna dair sualı cavablandıran Rayder qərarın üzakirə olunması üçün Konqresdə olduğunu söyləyib.

"Türkiye ilə ABŞ arasındakı ikitərəfli münasibətlərə gəlincə, biz həmişə Türkiyenin mühüm tərəfdaş və müttəfiq olduğunu söyləmişik. Ona görə də bu əlaqələri gücləndirmək və qarşılıqlı müdafiə ehtiyaclarımızın ödənilməsini təmin etmək üçün Türkiyenin liderləri ilə yaxından işləməyə davam edəcəyik", deyə Rayder qeyd edib.

Rəsmi Vaşinqtonun Türkiyeyə F-16 satışını təsdiqləməsi və Yunanıstana F-35 qırıcıları satmaq planı ilə bağlı suala Rayder bu məsələlərin bir-birindən müstəqil olduğunu və ABŞ-ın hər iki ölkə ilə əlaqələrinin olduğunu vurğulayıb.

Konqres üzvlərinin bəzilərinin F-16 qırıcılarının Türkiyeyə satışına etiraz etdiyini xatırladan sözçü Ryder Pentaqonun bu məsələ ilə bağlı konqresə hər hansı tövsiyə verib-vermədiyi sualına isə belə cavab verib:

“Bu, Konqresin qərar verəcəyi bir şeydir. Onlara buradan nə edəcəklərini deyə bilmərəm. Dəfələrlə dediyim kimi, Türkiye ilə ABŞ müttəfiqliyi bölüşür və Türkiye təkcə regionda deyil, dünyada mühüm tərəfdaşdır”.



Әlaqәli Xәbәrlәr