İndoneziyada güclü zәlzәlә baş verib

Bu barədə Amerika Geoloji Xidməti məlumat yayıb.

1934325
İndoneziyada güclü zәlzәlә baş verib

İndoneziyada 7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Amerika Geoloji Xidməti məlumat yayıb.
Məlumatına əsasən, zəlzələnin episentri ölkənin şərqindəki Halmahera adasındakı Tobelo bölgəsindən 154 kilometr şimal-qərbə təsadüf edib. Zəlzələnin ocağı 48 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Amerika Geoloji Xidməti həmçinin İndoneziyanın Qorontalo şəhərindən 61 kilometr aralıda 6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Zəlzələnin ocağı 152,5 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr