Fransada binada yanğın, ölənlər var

Fransanın Paytaxtı Parisin yerləşdiyi İl-de-Frans bölgəsinin Rambouillet qəsəbəsində bir binada yanğın baş verib.

1934648
Fransada binada yanğın, ölənlər var

TRT xəbər verir ki bu barədə “Le Parisien” məlumat yayıb. Bildirib ki, səhər saatlarında İvelin əyalətinin Rambouillet qəsəbəsində bir binanın ikinci mərtəbəsində baş verən yanğın nəticəsində ikisi uşaq olmaqla 3 nəfər həyatını itirib. Yanğının nəzarətə götürüldüyü bina sakinləri təxliyə edilib.

Yanğının səbəbi ilə bağlı hələlik heç rəsmi açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr