Bu ölkə Ukraynanın borcunu təxirə salıb

Yaponiya Rusiyanın 24 fevraldan bəri davam edən hücumlarından sonra iqtisadi problemlər ilə üz-üzə gələ Ukraynanın 7,8 milyard yen (60 milyon dollar) borcunu təxirə salmaq qərarına gəlib.

1934321
Bu ölkə Ukraynanın borcunu təxirə salıb

Yaponiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Bildirib ki, Ukraynanın maliyyə naziri Sergii Marçenko və Yaponiyanın Kiyevdəki səfiri Matsuda Kuninori borcun ödənəcəyi tarixin təxirə salınması mövzusunu müzakirə edib. Həmin danışıqlar nəticəsində Yaponiya hökuməti Ukraynanın 7,8 milyard yen borcunu ödəyəcəyi tarixi uzadmaq qərarına gəlib.

Məlumata görə Ukrayna borcunu 2027-ci ilin iyun ayından etibarən 10 taksitlə ödəməyə başlayacaq.

Yaponiya hökuməti bəyan edib ki, Ukraynaya dəstəyi davam etdirmək üçün G7 ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq aparmaqda davam edəcək.

 



Әlaqәli Xәbәrlәr