Vyetnam prezidenti istefa verib

Vyetnam prezidenti Nquen Suan Fuk istefa verib

1933967
Vyetnam prezidenti istefa verib

 

 Vyetnam prezidenti Nquen Suan Fuk istefa verib. TRT “VnExpress” portalına istinadla xəbər verir ki, prezidentin istefası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən təsdiqlənib.

  Siyasətçi partiyanın siyasi bürosunu və mərkəzi komitəsini də tərk edib.

  Məlumata görə, prezident Nquyen Suan Fuk hökumətdəki korrupsiya qalmaqalı səbəbindən istefaya getmək qərarına gəlib.

  Qeyd edək ki, Nquen Suan Fuk 1954-cü il iyulun 20-də anadan olub. O, 2016-cı il aprelin 7-dən 2021-ci il aprelin 5-dək baş nazir olub. 2021-ci il aprelin 5-də Vyetnam Sosialist Respublikası Milli Məclisinin XIV çağırışında prezident seçilib.



Әlaqәli Xәbәrlәr