Vasil Bodnar: ''Sülh sammiti fevralda keçirilə bilər''

Ukraynanın Türkiyedəki səfiri Vasil Bodnar BMT baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilməsinin planlaşdırıldığını bildirib.

1931950
Vasil Bodnar: ''Sülh sammiti fevralda keçirilə bilər''

Ukraynanın Türkiyedəki səfiri Vasil Bodnar Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilməsinin planlaşdırıldığını bildirib. 

Səfir Bodnar fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi və fevralda keçirilməsi planlaşdırılan sülh sammiti ilə bağlı açıqlamalar verib.

Ukraynadakı qarşıdurmaların Donetsk bölgəsindəki Baxmut və ətrafında intensivləşdiyini bildirən Bodnar sözügedən bölgələrin bəzilərində də şəhərlərarası toqquşmaların yaşandığını bildirib.

Rusiya ilə davam edən müharibənin Ukrayna üçün “yaşamaq, müstəqillik və suverenlik savaşı” mənasına gəldiyini vurğulayan Bodnar beynəlxalq hüquq çərçivəsində özlərini müdafiə etdiklərini qeyd edib.

Kiyev administrasiyasının elan etdiyi və BMT-nin baş katibi Quterreşin vasitəçiliyi ilə keçiriləcəyi bildirilən sülh sammiti ilə bağlı Bodnar deyib: “Sammitin  fevralın 24-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçiriləcəyinə inanırıq''.



Әlaqәli Xәbәrlәr