Polşaya gedən ukraynalıların sayı 9 milyonu ötüb

Yanvarın 10-dək Ukraynadan Polşaya gedən qaçqınların sayı 9 milyonu ötüb.

1931215
Polşaya gedən ukraynalıların sayı 9 milyonu ötüb

Yanvarın 10-dək Ukraynadan Polşaya gedən qaçqınların sayı 9 milyonu ötüb.
Polşa Sərhəd Mühafizəsinin ''Twitter'' səhifəsində edilən paylaşımda fevralın 24-dən etibarən davam edən Ukrayna-Rusiya müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb.
Yanvarın 10-da ölkəyə 29 min 900 Ukrayna vətəndaşının daxil olduğu bildirilib.
“Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin ümumi sayı 9 milyon 74 min nəfərə çatıb”,-deyə paylaşımda vurğulanıb.
Məlumata əsasən, Polşanı tərk edən ukraynalıların ümumi sayı 7 milyon 250 min nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr