Peruda etiraz aksiyalarında ölәnlәrin sayı 43 nәfәrә çatıb

Yerli mətbuat orqanların yaydığı məlumata əsasən, ölkənin cənubundakı Culiaca şəhərində toplaşan etirazçılar polislə toqquşub.

1930324
Peruda etiraz aksiyalarında ölәnlәrin sayı 43 nәfәrә çatıb

Peruda hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 43 nəfərə  çatıb.

Yerli mətbuat orqanların yaydığı məlumata əsasən, ölkənin cənubundakı Culiaca şəhərində toplaşan etirazçılar polislə toqquşub.

Ombudsman Aparatının müavini Eliana Revollar ''Kanal N''nə verdiyi müsahibədə Culiaca hava limanı ətrafında təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 14 nəfərin öldüyünü bildirib.

Beləliklə, dekabrın 11-dən bəri hökumət əleyhinə keçirilən etirazlarda ölənlərin sayı 43 nəfərə yüksəlib.

Ölkənin bir çox şəhərində minlərlə insan prezident Dina Boluartenin istefası,həbsdə olan keçmiş prezident Pedro Kastilyonun azadlığa buraxılması və növbədənkənar seçkilərin keçirilməsi tələb edir.

Peru hökuməti Boliviyanın keçmiş prezidenti Evo Morales və daha 8 nəfərin ölkənin daxili işlərinə müdaxilə etdiyini və Evo Morales ilə 8 nəfərin Peruya girişini qadağan etdiyini açıqlayıb.

Xatırladaq ki, Pedro Kastillo Konqresi buraxmaq və fövqəladə vəziyyət höküməti yaratmaq qərarından sonra saxlanılmışdı.
Onun saxlanılmasından sonra vitse-prezident Boluarte ölkənin yeni prezidenti kimi and içmişdi.
Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkədə etiraz aksiyaları başlamışdı.



Әlaqәli Xәbәrlәr