Fransada səhiyyə böhranı

Fransada səhiyyə sektorunda yaşanan böhran həm işçiləri, həm də xəstələri çətin vəziyyətdə qoyub.

1929033
Fransada səhiyyə böhranı
fransa saglik protesto.jpg
ingiltere saglik hastane ambulans.jpg

Fransada səhiyyə sektorunda yaşanan böhran həm işçiləri, həm də xəstələri çətin vəziyyətdə qoyub.
Yeni növ koronavirus (Covid-19) epidemiyasından sonra son həftələrdə artan qrip və bronxiolit epidemiyaları xəstəxanaların təcili tibbi yardım şöbələrində sıxlığa səbəb olur.
Ölkə daxilindəki xəstəxanalara ilin ilk həftəsində yerləşdirilən xəstə sayı  keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.
Bəzi bölmələrdəki həkimlər məzuniyyətlərini ləğv etməli olublar. Xəstəxanalarda yaşanan sıxlıq  xəstələrin daha uzun müddət gözləmələrinə səbəb olur.  Hazebrouck şəhərindəki  bir xəstə 3 gün xərəkdə gözləməli olub. Sete şəhərində 62 yaşlı tənəffüs çatışmazlığından əziyyət çəkən xəstə isə 19 saat təcili yardım otağında çarpayının boşalmasını gözləyib.
Fransada səhiyyə işçiləri üsyan edir. İmtahan haqlarını artırmaq istəyən praktikantlar, keçən ay başlatdıqları tətili davam etdirmək qərarına gəliblər.
Paytaxt Parisdə etiraz aksiyası keçirən həkimlər Səhiyyə Nazirliyinin qarşısında yürüş ediblər.
İngiltərədəki xəstəxanalardakı sıxlıq da diqqət çəkir. Ölkədə çarpayı olmadığından xəstələr saatlarla növbə gözləyirlər. 
Bəzi bölgələrdə otellər təcili müalicəyə ehtiyacı olmayan, lakin sosial baxıma ehtiyacı olan xəstələr üçün istifadə olunur.
Daha əvvəl ölkədə tətil keçirən tibb bacıları və təcili yardım işçiləri tətillərini bu ay da davam etdirəcəklər.
Hökumət  tətillərin qarşısını almaq üçün qanun qəbul etməyə hazırlaşır.



Әlaqәli Xәbәrlәr