ABŞ Türkiyenin Ukraynadakı müharibəyə son qoymaq səylərinə münasibət bildirib

ABŞ Rusiya-Ukrayna müharibəsinin sona çatmasında Türkiyenin oynadığı konstruktiv rolu yüksək qiymətləndirdiklərini və Türkiyenin iki ölkə ilə əlaqələrindən sülh ümidi üçün istifadə etdiyini bildirib.

1928807
ABŞ Türkiyenin Ukraynadakı müharibəyə son qoymaq səylərinə münasibət bildirib

ABŞ Rusiya-Ukrayna müharibəsinin sona çatmasında Türkiyenin oynadığı konstruktiv rolu yüksək qiymətləndirdiklərini və Türkiyenin iki ölkə ilə əlaqələrindən sülh ümidi üçün istifadə etdiyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında Rusiyanın Ukraynada atəşkəs elan etməsindən sonra Türkiyenin bu mövzudakı səyləri ilə bağlı sualları cavablandırarkən deyib:

“Biz Türkiyənin bu barbarca müharibəni bitirmək üçün oynadığı konstruktiv rolu yüksək qiymətləndiririk. Ayrıca olaraq Türkiyənin Ukraynanın ərazi bütövlüyünə qəti sadiqliyini və Ukrayna ilə Rusiya arasında dialoqu təşviq etmək səylərini də yüksək qiymətləndiririk”.

Ankaranın müharibə başlayandan bəri “konstruktiv oyunçu” olduğunu qeyd edən Prays “Türkiye bu işdə konstruktiv oyunçu olub. Ayrıca dialoq və dolğun diplomatiya yaratmağa çalışan konstruktiv rol götürüb" deyib.

Ned Prays Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə atəşkəs məsələsi ilə bağlı telefon danışığından əlavə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ev sahibliyi etdiyi Qara Dəniz Taxıl Təşəbbüsündə prezident Rəcəb Tayyib Ərdoğanın oynadığı rola diqqət çəkib. .

Sözçü onu da deyib ki, bu mexanizm (Taxıl Təşəbbüsü) Türkiyenin oynadığı rol olmadan yenilənə bilməzdi. Nəticədə bu mexanizm dünyanın ən ehtiyacı olan ölkələrini tonlarla taxılla təmin edən mexanizmdir. Türkiye NATO üzvü kimi mövqeyindən və beynəlxalq ictimaiyyətlə yaxşı münasibətlərindən, eləcə də Ukrayna və Rusiya ilə münasibətlərindən istifadə edərək sülh ümidlərini artırmağa da səy göstərdi.

Sözçü Prays onu da bildirib ki, əgər bu cəhdlər nəticədə uğursuz olarsa, bunun məsuliyyəti Türkiyenin deyil, Moskvanın üzərinə düşür.



Әlaqәli Xәbәrlәr