Yanvarın 4-də Somalidə törədilən hücumlarda ölənlərin sayı 35 nəfərə çatıb

Somalinin Hiran bölgəsində dünən törədilən iki hücum nəticəsində  ölənlərin sayı 35 nəfərə  yüksəlib.

1928583
Yanvarın 4-də Somalidə törədilən hücumlarda ölənlərin sayı 35 nəfərə çatıb

Somalinin Hiran bölgəsində dünən törədilən iki hücum nəticəsində  ölənlərin sayı 35 nəfərə  yüksəlib.

Hiran Polis İdarəsinin sözçüsü Abdiaziz Əhməd dünən paytaxt Moqadişodan təxminən 300 kilometr şimalda yerləşən Mahas şəhərində bombalı hücumlar törədildiyini xatırladıb.

Əhməd hücumlarda həyatını itirənlərin sayının 35-ə yüksəldiyini, ölənlər arasında əsgərlərin olduğunu bildirib.

Mahas Bələdiyyə Başçısı Mumin Mohamed Halane isə həyatını itirənlərdən 9-nun eyni ailədən olduğunu, hücumlar nəticəsində 72 nəfərin də yaralandığını qeyd edib.

Halane evinin də hədəf alındığını və bəzi yaralıların Rəcəb Tayyib Ərdoğan xəstəxanasına yerləşdirildiyini bildirib.

Hücumlarda hədəf alınan binanın “Eş-Şəbab”a qarşı əməliyyat keçirən təhlükəsizlik qüvvələrinin qərargahı olduğu bildirilib.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr