Norveç Ukraynaya 10 min artilleriya mərmisi göndərdi

Norveç Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərdi.

1928560
Norveç Ukraynaya 10 min artilleriya mərmisi göndərdi

Norveç Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərdi.
Norveçin müdafiə naziri Björn Arild Qram NRK telekanalına verdiyi müsahibədə Ukraynanın müdafiəyə çox ehtiyacı olduğunu və bu səbəbdən bu ölkəyə 10 min uzaq mənzilli artilleriya mərmisi göndərdiklərini bildirib.

2022-ci ilin 24 fevral tarixindən etibarən Ukraynaya 600 min avroluq hərbi yardım göndərdikləri barədə məlumat verən Qram deyib:"Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinə icazə verə bilmərik. Norveç Ukraynanı silah və texnika ilə dəstəkləyərkən beynəlxalq hüquq normalarına uyğun hərəkət edir".

Nazir Qram Ukraynaya göndərdikləri artilleriya mərmilərinin 30 kilometr uzaqlıqdakı hədəfləri vura bildiyini, mərmilərin M109 özüyeriyən haubitsalarında istifadə edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr