Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun raket hücumları nəticəsində Makeyevka yaxınlığında həlak olan rus əsgərlərinin sayının 89-a yüksəldiyini açıqlayıb.

1927668
Rusiya Müdafiә Nazirliyi mәlumat yayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun raket hücumları nəticəsində Makeyevka yaxınlığında həlak olan rus əsgərlərinin sayının 89-a yüksəldiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Ukrayna Silahlı Qüvvələrinin yanvarın 1-də Moskva vaxtı ilə saat 00:01-də Donetsk vilayətinin Makeyevka qəsəbəsi yaxınlığındakı Rusiya Silahlı Qüvvələrinin müvəqqəti mövqelərindən birinə hücum etdiyi xatırladılıb.
Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemindən atılan 6 raketdən 2-nin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, 4 raketin Rusiya hərbçilərinin yerləşdiyi binaya düşdüyü bildirilib.

Açıqlamada deyilir: “Təəssüf ki, Ukrayna ordusunun raket hücumları nəticəsində Makeyevka yaxınlığında həlak olan rus əsgərlərinin sayı 89-a yüksəlib. Ölənlər arasında alay komandirinin müavini polkovnik-leytenant Baçurin də var”. 

Ukrayna ordusunun Makeyevkanı hədəf aldığı reaktiv yaylım atəşi sisteminin həyata keçirilən əks-hücum zamanı məhv edildiyi, istintaq komissiyasının hadisə ilə bağlı çalışdığı bildirilib.

Hadisənin əsas səbəbinin qadağaya baxmayaraq cib telefonlarının kütləvi şəkildə istifadə edilməsi olduğuna diqqət çəkən açıqlamada deyilir:“Bu faktor düşmənin raket hücumu təşkil etmək üçün hərbi personalın yerləşdiyi yerin koordinatlarını aşkar etməsinə imkan verdi. Hazırda belə faciəvi hadisələrin gələcəkdə təkrarlanmaması üçün lazımi tədbirlər görülür. Araşdırmalar nəticəsində təqsirkar orqanlar məsuliyyətə cəlb olunacaqlar”. 

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsindən verilən açıqlamada Makeyevka şəhərində kazarma kimi istifadə edilən mərkəzə hücum nəticəsində təxminən 400 rus əsgərinin öldürüldüyü iddia edilib.



Әlaqәli Xәbәrlәr