Mateuş Moravetski ağır cinayətlərə görə edamı məqbul sayır

Polşanın baş naziri Mateuş Moravetski  ölkədə ölüm hökmünün bərpasını dəstəklədiyini bildirib.

1927398
Mateuş Moravetski ağır cinayətlərə görə edamı məqbul sayır

Polşanın baş naziri Mateuş Moravetski  ölkədə ölüm hökmünün bərpasını dəstəklədiyini bildirib.

Mateuş Moravetski rəsmi ''Facebook'' səhifəsində vətəndaşların suallarını cavablandırıb.

Polşanın Baş naziri Mateuş Moravetski xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün tətbiqini məqbul sayır.

"Hesab edirəm ki, ümumiyyətlə, bu məsələyə yenidən baxılmalıdır. Ağır cinayətlərə görə ölüm hökmünün tətbiqini məqbul sayıram'',-deyə Mateuş Moravetski qeyd edib.

Polşada ölüm hökmü 1998-ci ildə ləğv edilib. Ən son edam edilən şəxs 1988-ci ilin aprelində bir qadını zorlayıb öldürdüyünə və iki qızını öldürməyə cəhd etdiyinə görə asılmış Anjey Çabanski idi.

Polşada əksər siyasi partiyalar ölüm hökmünün bərpasına qarşı çıxır, lakin hakim Hüquq və Ədalət Partiyasının bəzi üzvləri ölüm hökmünün bərpasını dəstəkləyir.



Әlaqәli Xәbәrlәr