İsrailli nazir Əl-Əqsa məscidinə basqın edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

1927082
İsrailli nazir Əl-Əqsa məscidinə basqın edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın edib.

Ben-Qvir səhər saatlarında İsrail polisinin mühafizəsi altında Hərəmi-Şərifə daxil olub.

Təxribatçı hərəkətləri ilə tanınan ifrat sağçı Ben-Qvir 5 ildən sonra Məscidül-Əqsaya daxil olan ilk İsrail naziri olub.

İsrailli siyasətçi Məscidül-Əqsada status-kvonu pozan və fələstinlilər tərəfindən basqın hesab edilən bu hərəkətini İbrani təqvimi ilə “Tevet” (Asara BeTevet) ayının 10-cu günündə həyata keçirib.

Xatırladaq ki, Ben-Qvir yeni qurulan hökumətdə nazir olmazdan əvvəl parlament üzvü olduğu müddətdə də Məscidül-Əqsa basqınları, fələstinlilərə qarşı zorakılığı təşviq edən hərəkətləri və irqçi ritorika ilə tanınırdı.

Fələstin Administrasiyası xəbərdarlıq edib ki, Məscidül-Əqsanın tarixi statusunun pisləşməsi ağır nəticələrə səbəb olacaq.

Fələstin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Fələstin Rəyasət Heyətinin sözçüsü Nabil Əbu Rudeyne İsrailin yəhudi məskunlaşanların Məscidül-Əqsada Tövrat oxumasına icazə verməsi və sinaqoq üçün yer təyin etməsi ilə bağlı davam edən təhdidləri ilə bağlı açıqlama verib. 

İsrailin işğal etdiyi Fələstin torpaqlarında məskunlaşma fəaliyyətini artırmasının və hər gün fələstinliləri öldürməsinin, eləcə də Əqsada bütün dinlərə “bərabər hüquqlar” verməsinin təhlükələrini vurğulayan Əbu Rudeyne Əqsanın tarixi statusunun pisləşməsinin ağır nəticələrinin olacağını vurğulayıb və bunun hərb elanı mənası daşıyacağını ifadə edib. 

Əbu Rudeyne bu mürəkkəb problemlərin gərgin və qeyri-sabit bir dövrə zəmin hazırladığını və fərqli bir tarixi dövrün yaşanacağını proqnozlaşdırıb:

"Bu təhlükəli siyasət ABŞ-ın ciddi təzyiqi ilə dayandırılmasa, işlər nəzarətdən çıxacaq”.



Әlaqәli Xәbәrlәr