Ukrayna Somaliyә 25 min ton buğda göndәrib

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak uzun müddətdir ərzaq böhranı ilə mübarizə aparan Somaliyə 25 min ton buğda göndərdiklərini bildirib.

1925669
Ukrayna Somaliyә 25 min ton buğda göndәrib

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak uzun müddətdir ərzaq böhranı ilə mübarizə aparan Somaliyə 25 min ton buğda göndərdiklərini bildirib.
Andriy Yermak verdiyi yazılı açıqlamada, ərzaq probleminə qarşı Somalini dəstəklədiklərini bildirib.
Əkinçilik proqramı çərçivəsində Somaliyə göndərilən 25 min ton buğdanın Berbera limanına çatdığını qeyd edən Yermak deyib:
''Bu, Ukraynanın aclıqla mübarizə aparan Afrika xalqına yardımıdır”.
Açıqlamada Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilən buğdanın logistik dəstəyinin Finlandiya, Yaponiya və Fransa tərəfindən verildiyi bildirilib.
Ukrayna sentyabr ayında Somali və Efiopiyaya 50 min ton buğda dəstəyi verib.



Әlaqәli Xәbәrlәr