Casusluqda ittiham edilən Fransa vətəndaşları ölkədən çıxarılıb

Burkina-Faso hakimiyyəti casusluq fəaliyyətinə görə saxlanılan iki Fransa vətəndaşını ölkədən çıxarıb.

1922964
Casusluqda ittiham edilən Fransa  vətəndaşları ölkədən çıxarılıb

TRT xəbər verir ki, bu barədə dövlət telekanalı məlumat yayıb. Bildirilib ki, casusluqda ittiham edilən şəxslər dekabrın 18-nə keçən gecə Afrika ölkəsinin ərazisini tərk ediblər. onlar Burkina-Fasonun müdafiə və təhlükəsizlik qüvvələrinin fəaliyyətinə maraq göstəriblər ki, bu da onların izinə düşməyə imkan verib.

Deportasiya edilənlərin kimliyi, eləcə də iş yeri və hərəkətlərinin xarakteri açıqlanmır.

 



Әlaqәli Xәbәrlәr