Londonda “Qanlı Milad” qətliamının ildönümü ilə bağlı anma mərasimi keçirilib

Londonda  yaşayan  Şimali   Kipr Türk  Respublikası   vətəndaşları  “Qanlı Milad” qətliamının qurbanlarını yad ediblər.

1922342
Londonda “Qanlı Milad” qətliamının ildönümü ilə bağlı anma mərasimi keçirilib
kanli noel.jpg
kanli noel.jpg

EOKA terror təşkilatı yaraqlılarının 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı başlatdığı qırğından 59 il ötür. Kipr türkləri tarixə “Qanlı Milad” olaraq  əks  edən qətliamın  il dönümündə Londonda  Yunan Ali Komissarlığının qarşısına toplaşıblar,    qurbanların  xatirəsinə  şamlar yandırıb,  dualar  ediblər.   Qırğında  şəhid  olanların fotoşəkillərini  sərgiləyiblər.

Yunan Ali Komissarlığına  Cənubi Kipr Rum Administrasiyasını Kipr məsələsi ilə bağlı həqiqətləri öz xalqına və dünyaya çatdırmağa dəvət edən məktub buraxıblar.

Gənc Kiprli Türklər Qrupunun sədri Eren Ramazan  anma  mərasimində   etdiyi  çıxışında: “1963-cü il Kipr probleminin başlanğıcı və Kipr türklərinin təcrid olunduqları   tarixdir. 59 il əvvəl baş verənləri dünyaya göstərmək və həyatını itirən Kipr türklərinin  xatirələrini yad  etmək  üçün   burdayıq” .

Yada  salaq  ki,  21 dekabr 1963-cü ildə terror təşkilatı EOKA-nın   Kiprdə  törətdiyi   hadisələrdə  364 nəfər şəhid olmuş, türklərə   məxsus  103 kənd  təxliyə   edilmişdi.  



Әlaqәli Xәbәrlәr