Keniyada partlayış, ölənlər var

Keniyanın şimalında təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə edilən  hücumda 2-si polis olmaqla 3 nəfər həyatını itirib.

1922045
Keniyada partlayış, ölənlər var

Keniyanın şimalında təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə edilən  hücumda 2-si polis olmaqla 3 nəfər həyatını itirib.
Bu barədə Regional Polis İdarəsinin rəisi Corc Seda verdiyi açıqlamada bildirib.
Seda partlayış və ondan sonra baş verən qarşıdurma nəticəsində  2-si polis olmaqla 3 nəfərin həyatını itirdiyini bildirib.
Hücumdan sonra avtomobilin yandırıldığını bildirən Seda avtomobildəki bəzi şəxslərdən hələ də xəbər alınmadığını bildirib.
Keniya polisi hücum edənləri tapmaq üçün bölgədə əməliyyata başlayıb.
Hücuma görə Es-Şebab təşkilatının məsuliyyət daşıdığı bildirilib.



Әlaqәli Xәbәrlәr