Nasist düşərgəsinin katibi həbs edildi

Almaniyada Hitler dövründə nasist düşərgəsinin katibi vəzifəsində çalışan 97 yaşlı qadın hakim qarşısına çıxıb.

1921426
Nasist düşərgəsinin katibi həbs edildi

Bu gün İkinci Dünya Müharibəsi zamanı 18 yaşında Stutthof həbs düşərgəsində işləməyə başlayan İrmqard Furçner adlı qadının məhkəməsi baş tutub. 
O, həbs düşərgəsində xidmət etdiyi və soyqırımın şahidi olduğu üçün qətldə şərik olmaqda təqsirli bilinib. 2 il müddətinə azadlıqdan məhrum edilən qadın “1943-cü ilin iyunundan 1945-ci ilin aprelinə qədər həbs düşərgələrində saxlanılan insanlara qarşı həyata keçirilən sistematik soyqırıma kömək etmək” ittihamı ilə cəzalandırılıb.
Düşərgədə həyatını itirən 11 412 nəfərin ölümündə Furçner də günahkar bilinib. 



Әlaqәli Xәbәrlәr