Paytaxt Sarayevoda imzalanan koalisiya müqaviləsi

Oktyabrın 2-də Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdən sonra dövlət səviyyəsində hökumətin qurulmasına imkan yaradan koalisiya müqaviləsi paytaxt Sarayevoda imzalanıb.

1919582
Paytaxt Sarayevoda imzalanan koalisiya müqaviləsi

Oktyabrın 2-də Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdən sonra dövlət səviyyəsində hökumətin qurulmasına imkan yaradan koalisiya müqaviləsi paytaxt Sarayevoda imzalanıb.

Xorvatiya Demokratik Birliyi (HDZ), Müstəqil Sosial Demokratlar İttifaqı (SNSD) və mərkəzi Sarayevoda olan müxalifət partiyalarından ibarət “Səkkizlik” ittifaqı arasında imzalanan razılaşmadan sonra Bosniya və Herseqovinada hökumətin ən qısa zamanda qurulacağı bildirilib. 

HDZ Bosniya-Herseqovina sədri Draqan Çoviç Bosniya və Herseqovina Nazirlər Şurasının formalaşması üçün çalışacaqlarını ifadə edərək, “Avropa ittifaqına namizəd ölkə statusunu aldığımız zaman bunun mühüm bir inkişaf olacağına söz vermişdik. Bunu bacardıq" deyib. 
SNSD lideri və Serb Respublikası (RS) prezidenti Milorad Dodik bildirib ki, ölkədə ilk dəfədir ki, belə bir razılaşma əldə edilir:

"Hökumət mümkün qədər tez formalaşdırılmalı və ciddi məsələləri həll etməlidir. İlk dəfə hamı razılaşdı ki, irəli getməliyik". 

“Səkkizlik” ittifaqı adından açıqlama verən Sosial Demokrat Partiyasının (SDP) sədri Nermin Nikşiç fikir ayrılıqlarını qəbul edib əməkdaşlıq etmək qərarına gəldiklərini söyləyib.

Xatırladaq ki, əvvəlki koalisiya danışıqlarında HDZ-dən Borjana Kristonun Bosniya və Herseqovina Nazirlər Şurasının sədri, Nermin Niksiçin isə Bosniya və Herseqovina Federasiyasının Baş naziri olması barədə razılıq əldə edildiyi bildirilmişdi.

Son seçkilərdən sonra Bosniya və Herseqovinada hökumət 14 ay sonra formalaşa bilmişdi.



Әlaqәli Xәbәrlәr