ABŞ-a məxus "F-35B" təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Texas ştatında təlim uçuşu həyata keçirən "F-35B" tipli qırıcı təyyarəsi eniş zamanı qəzaya uğrayıb.

1919678
ABŞ-a məxus "F-35B" təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Texas ştatında təlim uçuşu həyata keçirən "F-35B" tipli qırıcı təyyarəsi eniş zamanı qəzaya uğrayıb.

KİV-in məlumatına görə, "Fort Worth" birgə hava bazasında təlim uçuşu həyata keçirən "F-35B" təyyarəsi şaquli eniş zamanı qəzaya uğrayıb.

Pilot katapult edərək xilas olub.

Sosial mediada yayılan görüntülərdə təyyarənin enişini tamamladığı anlarda uçuş-enmə zolağına düşdüyü, pilotun katapult edərək xilas olduğu görünür.

Pentaqonun sözçüsü Patrick Ryder mövzu ilə bağlı bir sual qarşısında təyyarənin hələ ABŞ hökumətinə təhvil verilmədiyini, istehsalçı firma Lockheed Martinin təyyarəsi olduğunu və ABŞ ordusunun pilotu tərəfindən idarə edildiyini bildirib.

Rayder qeyd edib ki, pilotun vəziyyəti yaxşıdır.

Qeyd edək ki, F-35B təyyarələri texniki nasazlıqları ilə tez-tez gündəmdədir. Bundan əvvəl ABŞ, Yaponiya, Avstraliya və İngiltərəyə məxsus "F-35B" seriyalı təyyarələr qəzaya uğramışdı.



Әlaqәli Xәbәrlәr