Tayvanda güclü zəlzələ olub

Tayvan adasının şərq sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

1919040
Tayvanda güclü zəlzələ olub

TRT-nin xəbərinə bu barədə adanın Seysmoloji Xidmətindən məlumat verilib.

“Yeraltı təkanların episentri Hualyan şəhərindən 29 kilometr aralıda, ocağı isə 5,7 kilometr dərinlikdə yerləşib”.

Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 18-də Tayvanın cənub-şərq sahilində yerləşən Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində isə bir nəfər həyatını itirib, 164 nəfər yaralanıb.

 



Әlaqәli Xәbәrlәr