Peruda etiraz aksiyalarında ölənlərin sayı 8 nəfərə çatıb

Peruda keçmiş prezident Pedro Kastilonun dekabrın 7-də vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda ölənlərin sayı 8 nəfərə çatıb.

1919001

Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, paytaxt Lima daxil olmaqla  Puno, Kusko, Tacna, Apurimak və Arekipa şəhərlərində toplaşan minlərlə insan ölkənin yeni prezidenti Dina Boluartenin istefasını tələb edir. 
Polislə nümayişçilər arasında baş verən qarşıdurma nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib.
Ölkənin mərkəzi küçələrində  yürüş edən etirazçılar təkərləri yandıraraq yolları bağlayıb, həmçinin polisə “Molotov kokteyli” atıblar.
Təhlükəsizlik qüvvələrinin nümayişçilərə  gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə etdiyi və bəzi nümayişçiləri saxladığı bildirilib.

Məlumata görə, Peruda hökumət zorakılıq və etirazlara görə ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edək ki, Peruda hökumət əleyhinə davam edən etirazlarda minlərlə insan küçələrə axışaraq ölkənin yeni prezidenti Dina Boluartenin istefasını tələb edir. 

Әlaqәli Xәbәrlәr