Konqo Demokratik Respublikasında baş verən daşqınlar nəticəsində azı 100 nəfər ölüb

Konqo Demokratik Respublikasının paytaxtı Kinsaşada leysan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində azı 100 nəfər ölüb.

1918539

Yağışların yaratdığı daşqınlar və torpaq sürüşməsi nəticəsində şəhərin bütün küçələri su altında qalıb, evlər və yollar dağılıb. Hökumət orqanları paytaxt əhalisini küçədə hərəkət edərkən diqqətli olmağa çağırıb.

Təbii fəlakət nəticəsində indiyədək ən azı 100 nəfər həlak olub.

Baş nazir Jan Mişel Sama Lukonde axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Әlaqәli Xәbәrlәr