Britaniya qanunsuz miqrantlara qarşı sərt tədbirlər həyata keçirib

Miqrasiya qaydalarını dəyişəcəyik və ölkəyə qanunsuz daxil olan hər kəsi dərhal ölkədən çıxaracağıq”.

1918758
Britaniya qanunsuz miqrantlara qarşı sərt tədbirlər həyata keçirib

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Böyük Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) qanunsuz miqrasiya ilə mübarizə planını təqdim edərkən deyib.

Hökumət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları qeyri-qanuni miqrantları saxlayacaq və onları tezliklə öz vətənlərinə və ya sığınacaq tələblərinə baxılacaq təhlükəsiz ölkəyə qaytaracaqlar. Daha çox kiçik şişirmə qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olan qeyri-qanuni miqrantlar deportasiyadan şikayət edə bilməyəcək, onların Britaniya vətəndaşlığı və ya ölkədə yaşamaq icazəsi almaq üçün bütün yolları bağlanacaq. R.Sunak

Bu baxımdan R.Sunak hökumətin Boris Conson kabinetinin Böyük Britaniyaya qanunsuz yolla girən, ölkədən sığınacaq axtaranların Ruandaya göndərilməsi üçün başlatdığı proqramı həyata keçirəcəyini açıqlayıb. İyun ayında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu sxemin dayandırılması barədə qərar çıxarıb. Bundan sonra Britaniya hökuməti AİHM-in qərarlarına məhəl qoymamağa imkan verən qanun layihəsi hazırlayacaqlarını açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr