Pandemiya səbəbindən qoyulan səyahət məhdudiyyətlərinin aradan qaldırması tövsiyə edilib

Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən tətbiq edilən bütün səyahət məhdudiyyətlərini aradan qaldırmağı tövsiyə edib.

1918438

Avropa Şurası "Covid-19" epidemiyası səbəbindən səyahət məhdudiyyətləri ilə bağlı tövsiyəsini yeniləyib.

Yenilənmiş qərarda bildirilib ki, ictimai sağlamlıq səbəbi ilə qoyulan qadağalar tamamilə ləğv edilməlidir.

Qeyd olunub ki, epidemiya pisləşərsə, Avropa İttifaqına üzv dövlətlər koordinasiyalı şəkildə səyahət üçün peyvənd, test və karantin öhdəliyi kimi müvafiq tədbirləri yenidən aktivləşdirə bilərlər.

Həmçinin "Covid-19" epidemiyasına səbəb olan virusun yeni və narahatedici variantı ortaya çıxacağı təqdirdə üzv dövlətlər fövqəladə, birgə və müvəqqəti səyahət məhdudiyyətləri tətbiq edə bilərlər.

Xatırladaq ki, "Covid-19" epidemiyasının ortaya çıxmasından sonra Aİ ölkələri 2020-ci ilin iyun ayından qeyri-vacib səyahətlərə məhdudiyyətlər qoyub.

Sonradan mərhələli şəkildə yumşalan tədbirlər çərçivəsində peyvənd olunduğunu və ya xəstəliyi keçirdiyini təsdiq edən "Covid-19" sertifikatı, maska ​​tələbi, səfərdən əvvəl mənfi nəticə verən test kimi bir çox tədbir var.

Epidemiyanın yüngülləşməsi ilə bu tədbirlərin demək olar ki, hamısı faktiki olaraq həyata keçirilmir.

Әlaqәli Xәbәrlәr