İrana qarşı yeni sanksiyalar paketində kimlər və hansı qurumlar var?

Aİ Şurası Xarici İşlər Nazirləri Toplantısından sonra verdiyi yazılı açıqlamada bildirib...

1918335
İrana qarşı yeni sanksiyalar paketində kimlər və hansı qurumlar var?

 

 

  Aİ Şurası Xarici İşlər Nazirləri Toplantısından sonra verdiyi yazılı açıqlamada Məhsa Əminin ölümündən sonra bütün ölkəyə yayılan etirazlara müdaxilələrlə bağlı sanksiya siyahısına 20 nəfər və 1 təşkilatın əlavə edildiyi bildirilib.

  20 nəfər arasında İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi, ordunun əyalət komandirləri, daxili işlər nazirinin müavini Məcid Mirəhmədi, İran Radio və Televiziya Korporasiyasının (İRİB) baş direktoru Peyman Cəbəlli, müavini Muhsin Burmahani, bir sıra müxbirlər, Ekspertlər Məclisinin üzvü Əhməd Hatəmi var.

  Sözügedən təşkilat isə İRİB-dir.

  Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən adamların da yer aldığı sanksiya siyahısına İran Hərbi-Hava Qüvvələrinin baş komandanı Həmid Vahədinin də adının daxil edildiyi, Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi pilotsuz uçuş aparatlarının (PUA) çatdırılmasında rolu olan ümumilikdə 4 nəfər əlavə olunub.

  Eyni siyahıda İran İnqilab Keşikçiləri Ordusu üçün araşdırma, təkmilləşdirmə və PUA istehsalı ilə məşğul olan 4 təşkilat da yer alır.

  Aİ İranı etirazlar, edam hökmləri, gender əsaslı zorakılıq, xarici vətəndaşların özbaşına həbsi, Rusiyaya hərbi yardım, Yaxın Şərqdə sabitliyi pozma, nüvə razılaşmasına nail olmağı çətinləşdirmə, Körfəzdə naviqasiya azadlığı ilə bağlı məsələlərdə beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

  Xatırladaq ki, Aİ oktyabrın 17-də 11 İran vətəndaşı və 4 təşkilata, noyabrın 14-də isə 29 adam və 3 quruma sanksiya tətbiq etmək qərarına gəlib.



Әlaqәli Xәbәrlәr