G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər

ABŞ Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatda Ukraynaya dəstək vədlərini təsdiqləyiblər.

1918122
G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər

ABŞ Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatda Ukraynaya dəstək vədlərini təsdiqləyiblər.

Almaniyanın növbəti sədriliyini etdiyi G7 ölkələrinin liderlərinin təşkil etdiyi onlayn görüşdə qəbul edilən birgə bəyanatda “Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsi qarşısında Ukrayna ilə həmrəy olduğumuzu bildiririk” deyilib.

Bəyanatda Rusiyanın Ukraynadakı kritik infrastrukturlara “qeyri-insani və qəddar” hücumları pislənərək, onun mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayəti təşkil etdiyi xatırladılıb.

Bəyanatda vurğulanıb ki, məqsədimiz Rusiyanın amansız müharibəsi nəticəsində zədələnmiş və ya dağılmış kritik infrastrukturun bərpası üçün pul ödəməkdir.

"Müharibə cinayətləri və digər vəhşiliklər cəzasız qalmamalıdır.(Rusiya Prezidenti Vladimir) Putini və digər məsul şəxsləri beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edəcəyik. Rusiyanın məsuliyyətsiz nüvə ritorikası qəbuledilməzdir və kimyəvi, bioloji və ya nüvə silahından hər hansı istifadənin ciddi nəticəsinin olacağını bir daha təsdiqləyirik", -deyə bəyanatda qeyd olunub.

G7 ölkələri həmçinin Rusiyadan müharibəni dərhal dayandırmağı və Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər.

Bəyanatda Qara Dəniz Taxıl Dəhlizi Sazişinin müddətinin uzadılmasından da məmnunluq ifadə olunub.



Әlaqәli Xәbәrlәr