Cozep Borrel: ''Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdıra bilməyib''

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılıq əldə oluna bilməyib.

1918235

Cozep Borrell Avropa İttifaqının XİN rəhbərlərinin iclasından sonra verdiyi açıqlamada  nazirlərin Rusiyaya qarşı 9-cu sanksiya paketi ilə bağlı razılığa gələ bilmədiklərini deyib.

Avropa İttifaqının ali nümayəndəsi paketin bu həftənin sonunadək təsdiqlənəcəyinə ümid etdiyini söyləyib.

Cozep Borrell paketdəki təxminən 200 nəfər və aktivləri hədəf alan fərdi sanksiyaların təsdiqləndiyini bildirib.

"Bu, Rusiyanın müdafiə sənayesi və ordusuna ciddi ziyan vuracaq. Bu, həmçinin Rusiya hökumətinin Dövlət Dumasının və  Federasiya Şurasının üzvlərinə, həmçinin məhkəmə sisteminə zərər verəcək",-deyə Cozep Borrel qeyd edib.

Avropa Komissiyasının (AK) 9-cu sanksiyalar paketini təqdim etdiyi barədə xəbər verilmişdi. Məlumata görə, paket çərçivəsində daha 200-ə yaxın şəxs və müəssisə, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri sanksiya paketinə salınacaq.Paketə həmçinin ikili təyinatlı məhsulların tədarükünə məhdudiyyətlərin tətbiqi daxildir.

Cozep Borrell bu gün Aİ-Şərq Tərəfdaşlığı Sammitində Aİ xarici işlər nazirlərinin Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşdüyünü və tərəflərin Ukraynadakı müharibəni müzakirə etdiklərini bildirib.

Әlaqәli Xәbәrlәr