"“Böyük Yeddilik” ölkələri (G7) iqlim klubu yaradıb", O.Şolts

Almaniya kansleri Olaf Şolts Berlində G7 liderlərinin videokonfrans formatında keçirilən görüşünün yekunlarına dair mətbuat konfransı təşkil edib.

1918325
"“Böyük Yeddilik” ölkələri (G7) iqlim klubu yaradıb", O.Şolts

“Böyük Yeddilik” ölkələri (G7) iqlim klubu yaradıb”.
Bunu Almaniya kansleri Olaf Şolts Berlində G7 liderlərinin videokonfrans formatında keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Bugünkü müzakirənin ikinci vacib məqamı iqlim klubu ilə bağlıdır”, deye Şolts qeyd edib.
Almaniya kansleri əlavə edib ki, Ukraynadakı mövcud vəziyyət və onun nəticələri xüsusi narahatlıq doğursa da, G7 ölkələri iqlim dəyişikliyi ilə mübarizə kimi digər qlobal çağırışları da diqqətdən kənarda qoymur.
Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Beynəlxalq Enerji Agentliyi ilə birlikdə iqlim klubu katibliyini təsis edəcək.

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İqlim Konfransında bir çox ölkənin "İqlim Klubu"na marağını gördüyünü bildirən Şolts Birləşmiş Ərəb Əmirliklərində  (BƏƏ) 2023-cü ilin sonunda keçiriləcək növbəti İqlim Konfransında kluba digər mühüm ölkələrin də qatılacağını bildirib.

Almaniya kansleri ölkəsinin 2023-cü il yanvarın 1-də G7-yə sədrliyini Yaponiyaya təhvil verəcəyini bildirərək, Yaponiya administrasiyasına uğurlar arzulayıb.



Әlaqәli Xәbәrlәr