Almaniya səfiri İran XİN-ə çağırılıb

İran Almaniya rəsmilərinin İranla bağlı açıqlamaları ilə əlaqədar bu ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.

1917117
Almaniya səfiri İran XİN-ə çağırılıb

İran Almaniya rəsmilərinin İranla bağlı açıqlamaları ilə əlaqədar bu ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən  bəyanatda Almaniya rəsmilərinin İranın daxili məsələləri ilə bağlı açıqlamalarına görə bu ölkənin Tehrandakı səfiri Hans Udo Muzelin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Bəyanatda vurğulanıb ki, Almaniyanın İranın daxili məsələlərinə davam edən “qəbuledilməz müdaxiləsi”nə reaksiya göstərilib və rəsmi  Tehranın etirazı səfir Muzelə çatdırılıb.
Xarici İşlər Nazirliyində keçirilən görüşdə Almaniya səfirinə Almaniya hakimiyyətinin “təxribatçı hərəkətləri” başqaları üçün yaxşı, özləri üçün isə pis görməsi ilə bağlı “ikili standartının” son dərəcə məyusedici olduğu bildirilib.
Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzelin İranın mesajını ölkəsinə çatdıracağını dediyi bildirilib.



Әlaqәli Xәbәrlәr