B.Netanyahu İsrail prezidentindən kabineti formalaşdırmaq üçün mandatını uzatmağı xahiş edib
Binyamin Netanyahu İsrail Prezidenti İsxak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.
1916858

Binyamin Netanyahu İsrail Prezidenti İsxak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.
İsrail İctimai Yayım Korporasiyasının (KAN) məlumatına görə, Netanyahu Hersoqdan yeni kabineti formalaşdırmaq üçün mandatının müddətini iki həftə uzatmağı xahiş edib.
“Hökumətin formalaşdırılması üzrə danışıqlar davam edir və böyük irəliləyiş əldə olunub”, - deyə Binyamin Netanyahu İsxak Herzoqa deyib.
Başqa təfərrüatlara yer verilməyən xəbərdə İsrail prezidentinin Netanyahunun tələbini qəbul edib-etmədiyinə dair heç bir məlumat verilməyib.
Әlaqәli Xәbәrlәr

Dünya Müsəlman Alimləri Birliyindən müsəlmanlara çağırış
Dünya Müsəlman Alimləri Birliyi İslam dünyasını zəlzələ bölgələrinə təcili yardım etməyə çağırıb.