Ned Prays: ''Türkiyenin müdafiə ehtiyaclarını qarşılamaq istəyirik''

ABŞ  Dövlət Departamentinin sözçüsü Ned Prays NATO-nun mühüm müttəfiqi olan Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq istədiklərini deyib.

1916256

Ned Prays keçirdiyi gündəlik mətbuat konfransında ABŞ Nümayəndələr Palatasında Türkiyenin "F-16" qırıcılarını almasını məhdudlaşdıran maddələrin götürülməsi ilə bağlı sualı cavablandıraraq deyib:  "Əlbəttə, Türkiyə NATO-nun mühüm müttəfiqidir, mühüm təhlükəsizlik tərəfdaşıdır. Biz Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq istəyirik. Heç bir NATO müttəfiqi öz torpaqlarında Türk müttəfiqlərimizdən daha çox terror hücumuna məruz qalmayıb. Bu səbəbdən təhlükəsizlik sahəsindəki  əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Baydenin iyun ayında Madriddə keçirilən NATO sammiti çərçivəsində keçirdikləri görüşdə bu məsələni müzakirə etdiklərini bildirən Ned Prays ABŞ Dövlət Departamentinin də Konqreslə bu məsələni müzakirə etdiyini söyləyib.

Әlaqәli Xәbәrlәr