Fanatik yәhudilәr yenә Әl-Әqsa mәscidinә basqın edib

Fanatik yəhudilər İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.

1915431
Fanatik yәhudilәr yenә Әl-Әqsa mәscidinә basqın edib

Fanatik yəhudilər İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin Qüds İslam Vәqflәri İdarәsinə istinadən yaydığı məlumata görə, onlarla fanatik yəhudi İsrail polisinini müşayiəti altında Əl-Əqsa məscidinə basqın edib.

Məlumata görə,fanatik yəhudilər Əl-Əqsa məscidinin həyətində bəzi dini rituallar həyata keçiriblər. Səhər saatlarında başlayan basqın zamanı yəhudilərin fələstinliləri təxribata çəkməyə çalışdığı bildirilib.

İsrail qüvvələri ibadət etmək üçün gələnlərə məscidə daxil olmalarına icazə verməyib.

İsrail və İordaniya arasında 1994-cü ilin 26 oktyabr tarixində  imzalanmış sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə tabe olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsi altındadır.

Lakin yəhudilər 2003-cü ildən etibarən administrasiyanın icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə polisin müşayiəti ilə müqəddəs ziyarətgaha daxil olurlar. Bu addımı  basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.



Әlaqәli Xәbәrlәr