İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində 3676 metr hündürlükdə olan Semeru vulkanı lava püskürüb.

1914536
İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muhari musson yağışlarının lava günbəzinin aşınmasına, bunun isə püskürməyə səbəb olduğunu bildirib. Vulkanın kraterindən 1500 metr hündürlüyə qədər kül və tüstü püskürüb. Lava kütləsi vulkanın yamacından çaya axıb.

Vulkan ərazisinə yaxın bəzi şəhərlər kül buludu ilə örtülsə də, tələfat olmayıb. Rəsmilər yüzlərlə insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini və həyəcan səviyyəsinin artırıldığını bildirib.

Qeyd edək ki, 4 dekabr 2021-ci ildə Semeru vulkanının püskürməsi nəticəsində 51 nəfər həlak olmuşub.

 



Әlaqәli Xәbәrlәr