Nigeriyada oğurlanan daha 14 nəfər xilas edilib

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib.

1913821
Nigeriyada oğurlanan daha 14 nəfər xilas edilib

Zamfara polisinin sözçüsü Məhəmməd Şehu əyalətin Girkau kəndində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini  həmin çərçivədə 50 gün əvvəl silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfərin xilas edildiyini, onların  sağlamlıqlarının yaxşı olduğunu bildirib.

Əməliyyatda 6 silahlı dəstə üzvünün də zərərsizləşdirildiyini  deyən Şehu silahlı dəstələrin sığınacaqlarının dağıdıldığını sözlərinə  əlavə edib.  

Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.

Əyalət hökuməti artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin  edam cəzası  tələbi  ilə  mühakimə olunacağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr