Ukraynanın İspaniya səfirliyində zərf açılınca partlayış baş verdi

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə...

1913094
Ukraynanın İspaniya səfirliyində zərf açılınca partlayış baş verdi
İspaniya_Ukrayna səfirliyi_partlayış_.png
İspaniya_Ukrayna səfirliyi_partlayış_01.jpeg

 

  Ukraynanın İspaniya səfirliyində baş verən partlayış nəticəsində bir nəfər yaralanıb.

  İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, 30 noyabr günorta saatlarında Ukraynanın İspaniya səfirliyi binasında partlayış olub.

  Partlayış səfirliyə gedən zərfin açıldığı zaman baş verib, bir məmur yüngül xəsarət alıb.

  Hadisə ilə əlaqədar terror aktı protokolunu həyata keçirən İspaniya polisi Tedax bomba zərərsizləşdirmə qrupunun mütəxəssislərini Ukrayna səfirliyinə göndərib.

  Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik dairəsi yaradıb.

  Partlayışın zərfin içindəki mexanizmin səbəb olduğu bildirilir.

  Ukrayna səfirliyi hələlik insidentlə bağlı şərh verməyib.



Әlaqәli Xәbәrlәr