Taxıl koridorundan keçən gəmilər və daşınan taxıl

Türkiyenin səyləri ilə yaradılan Qara dəniz “taxıl dəhlizi” ilə indiyədək 501 gəmi ilə 12 milyon tondan çox taxıl daşınıb.

1912413
Taxıl koridorundan keçən gəmilər və daşınan taxıl

Cari ilin fevral ayının 24-dən bəridir davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən yaşanan “ərzaq böhranı” riskinin aradan qaldırılması üçün Türkiyenin səyləri ilə yaradılan Qara dəniz “taxıl dəhlizi” ilə indiyədək 501 gəmi ilə 12 milyon tondan çox taxıl daşınıb. 

Qeyd edək ki, taxılla yüklənmiş ilk gəmi avqustun 1-də Odessa limanından yola düşdü.üb.

120 günü əhatə edən razılaşma çərçivəsində Ukrayna limanlarından yola düşən ilk gəmi olan Sierra Leone bayrağı daşıyan quru yük gəmisi Razoni 26 min ton qarğıdalı ilə Livanın Tripoli Limanına doğru hərəkət edib.

Noyabrın 28-dək Ukrayna limanlarını tərk edən gəmilərin sayı 501-ə çatdıqda, buğda, qarğıdalı, arpa kimi taxıl məhsullarının daşınması 12 milyon tonu keçib.

Ukrayna limanlarından taxıl yükləri ilə hərəkət edən gəmilərin 200-dən çoxu təyin olunmuş limanlara çatıb.



Әlaqәli Xәbәrlәr