Hondurasda fövqəladə vəziyyət elan edilib

Mərkəzi Amerika ölkəsi Hondurasda cinayət hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edilib.

1912138
Hondurasda fövqəladə vəziyyət elan edilib

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə, prezident Xiomara Kastro fövqəladə vəziyyətin narkotik qaçaqmalçılığına qarşı mübarizə başda olmaqla , cinayətkarlar və qeyri-qanuni qrupların fəaliyyətlərinin qarşısını almaq üçün elan edildiyini bildirib.

Prezidentin sözçüsü isə açıqlamasında sərhəd bölgələrində yüzlərlə təhlükəsizlik qüvvəsinin yerləşdirildiyinə diqqət çəkərək: “Prezidentin tapşırığı ilə Kompleks Təhlükəsizlik Planı çərçivəsində ictimai asayişi qoruyan 600-dən çox hərbçi və polis sərhəd məntəqələrinin möhkəmləndirilməsi üçün bölgəyə cəlb olunub. Ölkənin qonşusu olan Salvador, Qvatemala və Nikaraquadan isə Hondurasa giriş və çıxışlarda ciddi nəzarət aparılır.

Qeyd edək ki, Honduras regionda kriminal fəaliyyətlərin ən sıx olduğu ölkələr sırasındadır. Bu səbəbdən ölkə xalqı hakimiyyətdən qətl, adam oğurluğu, qəsb və fidyə ilə bağlı həll yolları tələb edir.



Әlaqәli Xәbәrlәr