Ulf Kristerson: "Türkiye terrora qarşı özünümüdafiə hüququna malikdir"

İsveçin Baş naziri ürkiyenin özünü terror hücumlarından özünümüdafiə hüququ olduğunu bildirib.

1910800
Ulf Kristerson: "Türkiye terrora qarşı özünümüdafiə hüququna malikdir"

"Türkiye terrora qarşı özünümüdafiə hüququna malikdir".

Bunu İsveçin Baş naziri Ulf Kristerson Parlamentdə Yaşıllar Partiyasının həmsədri Marta Stenevinin Türkiyenin Suriyanın şimalında başlatdığı “Pəncə-Qılınc" antiterror hava əməliyyatının narahatlığa səbəb olması və Prezident Rəcəb Tayyib Ərdoğanı niyə tənqid etmədiyi sualına cavabında deyib.

U.Kristerson Türkiyenin özünü terror hücumlarından özünümüdafiə hüququ olduğunu bildirib. 

Bütün tərəfləri təmkinli olmağa çağıran Kristerson sakit rəftar edərək, mülki əhalinin və mülki obyektlərin hərbi təhlükəyə məruz qalmamasının vacibliyini vurğulayaraq deyib:

"Suriyanın şimalında vəziyyət çox mürəkkəbdir. Bu, bir tərəfdən DEAŞ terror təşkilatı ilə mübarizədir, digər tərəfdən isə etiraf etmək lazımdır ki, Türkiye terror hücumlarına məruz qalan bir ölkədir. Bunu da qeyd etməliyik ki, Türkiyenin  özünü bütün terror hücumlarına qarşı müdafiə etmek hüququ var. Beynəlxalq aləm Türkiyeni başa düşməlidir. Dünyanın Türkiyeyə zərər verən terror aktlarının digər ölkələrə zərər verən terror aktları qədər pis olduğunu qəbul etməsi üçün səbəblər var. İsveçdə terrorun müxtəlif formalarında iştirak edən və terrorla əlaqəli fəaliyyətləri maliyyələşdirən insanlar hədəfə alınmır. Türkiye hədəfə alınır. Biz müəyyən etdik ki, İsveç bunlar üçün təhlükəsiz bir sığınacaq ölkə olmamalıdır".



Әlaqәli Xәbәrlәr