Estoniyada sovet abidələri qəbiristanlığa göndərilir

İşçi qrupunun rəhbəri Asko Kivinuk ERR teleradio portalına deyib...

1910714
Estoniyada sovet abidələri qəbiristanlığa göndərilir
Estoniya sovet abidələri_02.jpg
Estoniya sovet abidələri_01.jpg

 

  Estoniyada hökumətin qərarı ilə təşkil olunan xüsusi işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələrinin əksəriyyəti söküləcək.

  İşçi qrupunun rəhbəri Asko Kivinuk ERR teleradio portalına deyib: “Dövlət dəftərxanasının işçi qrupunun hazırladığı siyahıdakı sovet abidələri qısa zamanda söküləcək. Siyahıda olan 322 abidənin 133-ü hərbi qəbiristanlıqlarda qoyulub, digərləri də tezliklə söküləcək. Məzarlardakı sovet əsgərləri də yenidən dəfn olunacaq. Abidələrin bir qismi dağıdılacaq, bir hissəsi isə muzeylərə göndəriləcək”.

  Qeyd edək ki, işçi qrupu Estoniyanın “İşğal rəmzləri olan abidələrin Estoniyanın ictimai məkanından köçürülməsi haqqında” 4 avqust tarixli qərarına əsasən yaradılıb.



Әlaqәli Xәbәrlәr